“Türkologiya” jurnalının bu il üçün ilk nömrəsi çap olunub

“Türkologiya” jurnalının bu il üçün ilk nömrəsi çap olunub “Türkologiya” jurnalının 2020-ci il üçün ilk nömrəsi (mart) nəşr olunub.
Azərbaycan türkoloqu Muxtar Hüseynzadə haqqında, onun “Təyini söz birləşmələri”, habelə AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyevin “Qlobal informasiya cəmiyyəti şəraitində Azərbaycan vətəndaşlarının adlandırılması məsələləri” məqalələri yer alıb.
Nəşrdə, həmçinin AMEA-nın müxbir üzvü Akif Musayevin “Əli bəy Hüseynzadənin iqtisadi fikirləri” və Serdar Dağıstanın “Əhməd Yasəvi Universitetində türkoloji araşdırmalar” məqalələri, akademik Kamal Abdullayevin professor Aydın Ələkbərovla müsahibəsi təqdim olunur.
Bundan başqa, oxucular Özbəkistan, Macarıstan, İran alimlərinin elmi məqalələri, Mehman Həsənli, Orhan Baldanen, Alfiya Yusupovanın təqdimatında resenziyalar, Aynur Səfərlinin təqdimatında türkoloji xronikalar, eləcə də böyük dilçi alimlər Sergey Malov, Abdulla Vəliyev, Əlövsət Abdullayev və Firdevs Hisamitdinova haqqında yazılarla tanış ola bilərlər.

Tehsil-press.az


Oxşar xəbərlər