“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının yeni nömrəsində...

“Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının yeni nömrəsində... AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı” jurnalının 2019-cu ilə olan sonuncu nömrəsi işıq üzü görüb.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının "Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlərin siyahısı”na daxil olan jurnalın baş redaktoru AMEA-nın birinci vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Bağırlıdır.
Oxucular bu nömrədə akademik İsa Həbibbəylinin “Azərbaycan Xalq yazıçısı: Hüseyn İbrahimov”, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlinin “Qəzənfər Paşayevin “Seçilmiş əsərləri”nin oncildliyinə xülasə”, filologiya üzrə fəlsəfə doktoru Təhminə Bədəlovanın “Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poemasında tarixi şəxsiyyətlər” sərlövhəli məqalələri ilə tanış ola bilərlər. Nəşrdə, həmçinin filologiya üzrə fəlsəfə doktoru Pərvanə Məmmədlinin “Xalqının sevgisinə sadiq qalan şair-vətəndaş”, filologiya üzrə elmlər doktoru Alxan Bayramoğlunun “Molla Nəsrəddin”in ədəbiyyat maraqlılarına müjdəsi və Abdulla Surun “məktub”u, Allahverdi Məmmədlinin “Cəlil Məmmədquluzadənin nəsri azərbaycançılıq kontekstində”, Tənzilə Rüstəmxanlının “Şəxsiyyətə pərəstiş dövrünün sonu və Bəxtiyar Vahabzadə yaradıcılığı”, Sevil Həsənovanın “Hüseyn Cavidin romantiklərə və realistlərə münasibəti”, Nərgiz Qəhrəmanovanın “1930-cu illərdə Azərbaycanda ədəbi mühit və Rəsul Rzanın “Qızılgül olmayaydı” poeması”, Yədulla Dadaşlının “Azərbaycan təzkirələrinin tədqiqi tarixi” və digər məqalələr yer alıb.

Tehsil-press.az



Oxşar xəbərlər