Serbiya sərhədlərini bağladı

Serbiya sərhədlərini bağladı Serbiyada koronavirusa yoluxanların sayı 103-ə yüksəlib. Bunu ölkə Prezidenti Aleksandr Vuçiç açıqlayıb.
Pandemiyanın yayılmasının qarşısını almaq məqsədi ilə rəhbərlik təhlükəsizlik tədbirlərini sərtləşdirmək qərarına gəlib (daha əvvəl fövqəladə vəziyyət elan olunmuşdu).
Vuçiçin sözlərinə görə, martın 20-dən (bu gün-red.) etibarən dövlət sərhədləri giriş üçün bağlanacaq. Bundan əlavə, bütün sərhəd-keçid məntəqələri də avia, avto və dəmiryolu nəqliyyatı üçün bağlanacaq.
Yaxın vaxt ərzində ölkəyə yalnız zəruri mallar gətirən böyük yük maşınları buraxılacaq.
Cümə günündən şəhərlərarası avtobus və dəmiryolu əlaqəsi də fəaliyyətini dayandıracaq, ölkədə yalnız şəxsi avtomobildə hərəkət etmək mümkün olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər