İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb

İtaliyada sutka ərzində koronavirusdan 683 nəfər ölüb İtaliyada sutka ərzində yeni növ koronavirusdan (COVİD-19) 683 nəfər ölüb.
Bunu İtaliyanın Mülki Müdafiə Departamentinin rəsmi nümayəndəsi deyib.
Rəsmi nümayəndə bildirib: "Bu gün biz 683 xəstənin ölümünü qeydə almışıq. Ölənlərin ümumi sayı 7503 nəfər təşkil edir. (Hazırda - red.) koronavirus xəstələrinin sayı 57521 nəfərdir. Son sutka ərzində 1036 xəstə sağalıb, ümumilikdə sağalanların sayı 9362 nəfərdir".

Tehsil-press.az

Oxşar xəbərlər