Avropada noutbuk və planşetlərə tələbat artıb

Avropada noutbuk və planşetlərə tələbat artıb "International Data Corporation" (IDC) analitik şirkəti tədqiqat apararaq Avropa bazarında noutbuk və planşetlərə tələbatın kəskin artmasını açıqlayıb.
Buna səbəb kimi yeni koronavirusun yayılmasının davam etməsi göstərilir. Belə ki, pandemiya şəraitində əksər şirkət əməkdaşları evdən məsafəli iş rejiminə keçirilib və bu, noutbuk və planşetlərin satışının sürətlə artmasına səbəb olub.
Şirkətin ilkin qiymətləndirməsinə görə, bu ilin birinci rübündə qeyd edilən kompüter qurğularının tədarük həcmi 2019-cu ilin birinci rübü ilə müqayisədə 3,1 dəfə yüksəlib.

Tehsil-press.az

Oxşar xəbərlər