Karantini pozan 3 nəfər məsuliyyətə cəlb edilib

Karantini pozan 3 nəfər məsuliyyətə cəlb edilib Dünən karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev Tehsil-press.az-a açıqlamasında ölkə ərazisində tətbiq edilmiş karantin rejimi ilə əlaqədar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun inzibati ərazilərindəki nəzarət keçid postlarında 30.03.2020-ci il saat 08:00-dan 31.03.2020-ci il 08:00-dək olan müddət ərzində polis əməkdaşları tərəfindən geri qaytarılan sürücülərin sayını açıqlayıb:
- Bakı-Quba yolunun 45.2-ci km-də yerləşən keçid postundan 48-i rayon, 295-i paytaxt istiqamətinə olmaqla 343 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Şamaxı-Yevlax yolunun 86-cı km-də yerləşən keçid postundan 13-ü rayon, 73-ü paytaxt istiqamətinə olmaqla 86 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
- Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən keçid postundan 98-i rayon, 104-ü paytaxt istiqamətinə olmaqla 202 nəqliyyat vasitəsinin geri qaytarılması təmin edilib.
Martın 19-dan 31-i saat 08:00-dək 8485 nəqliyyat vasitəsinin rayon, martın 24-dən 31-dək 08:00-dək isə 5751 nəqliyyat vasitəsinin paytaxt istiqamətinə geri qaytarılması təmin edilib.
Gün ərzində postların yerləşdiyi ərazidə karantin rejiminin pozulmasına görə 3 nəfər məsuliyyətə cəlb edilib.
Ümumilikdə bu günədək 14 236 nəqliyyat vasitəsi ilə postlardan keçmək cəhdinin qarşısı alınıb.

Tehsil-press.az

Oxşar xəbərlər