
Təhsilini onlayn rejimdə davam etdirən tələbələrin tədrisdən geri qalmaması üçün ADA Universitetinin müəllimləri hər cür fədakarlıq göstərir, idarə heyəti mütəmadi videoiclaslar təşkil edir.
ADA Universiteti “AHK Azerbaijan” (The German-Azerbaijani Chamber of Commerce) tərəfindən ötürülən #EvdəQal çağırışını qəbul edərək, fəaliyyətini evdən davam etdirən əməkdaşlarının fotolarını paylaşır və dəyərli dostları “Nar”, “Azərkosmos”, “AzerGold” QSC və “Deloitte” komandasını #EvdəQal təşəbbüsünə qoşulmağa dəvət edir.
Yenidən əvvəlki günlərimizə qayıtmaq, kampusumuzda növbəti dərsə tələsən tələbələrimizi görmək və pozitiv kollektivimizlə görüşmək üçün biz #evdəqaldıq.
Gəlin, evdə qalaq, məsuliyyətli davranışımızla hər birimizin sağlamlığını qoruyaq və digərlərinə də nümunə olaq!
Tehsil-press.az