
Həmin vətəndaşların qeydiyyata alınan zaman qeyd etdikləri telefon nömrəsinə göndəriləcək SMS-də vətəndaşa birdəfəlik vəsaiti haradan gedib alacağı bildiriləcək.
İşsiz şəxs evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, mesajda “Azərpoçt” MMC qeyd edilərsə - istənilən poçt şöbəsinə, bank göstərilərsə - həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib onun üçün köçürülmüş birdəfəlik ödəməni ala bilər.
Qeyd edək ki, aprelin 9-dan etibarən bu ödəmələrin verilməsinə başlanıb və proses hər gün davam edir. Nazirlik artıq 75 min işsiz üçün birdəfəlik vəsait ödənişini həyata keçirib.
Tehsil-press.az