99 yaşlı veteran koronavirusdan sağaldı

99 yaşlı veteran koronavirusdan sağaldı Braziliyada İkinci Dünya Müharibəsi veteranı Ermando Piveta koronavirusdan sağalıb.
99 yaşlı Piveta bu günə qədər COVİD-19-dan sağalan ən yaşlı braziliyalı kimi qeydə alınıb.
“Bu döyüşdə qalib gəlmək mənim üçün müharibəni qazanmaqdan daha böyük məna kəsb edirdi. Müharibədə ya öldürürsən, ya da ölürsən. Bu vəziyyətdə isə yaşamaq üçün mübarizə aparmaq lazımdır”,- deyə o, bildirib.
Braziliyadakı Silahlı Qüvvələr Xəstəxanasında müalicə alan Piveta məkandan tibb işçilərinin alqışları ilə yola salınıb.
Qeyd edək ki, Braziliyada 25,684 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb, 1,552 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Tehsil-press.az

Oxşar xəbərlər