Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib

Gömrük Akademiyasının tələbələri ilə onlayn görüş keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisinin müvafiq göstərişi ilə tələbələrlə onlayn görüş keçirilib. Görüşdə onlayn təhsil prosesinin gedişatı müzakirə edilib.
Monitorinq və qiymətləndirmə şöbəsinin rəisi Araz Aslanlı tələbələrə onlayn təhsil prosesindən Akademiya rəhbərliyinin gözləntiləri barədə qısa məlumat verib, tələbələrin suallarını cavablandırıb.
Akademiyanın tələbələrinin böyük əksəriyyətinin iştirak etdiyi görüş tələbələrin tam kontingentinin onlayn dərslərə cəlb olunması, tədrisin keyfiyyətinin artırılması, onlayn təhsil prosesində meydana çıxan texniki məsələlərin aradan qaldırılması, bununla bağlı tələbələrdən sorğu vasitəsilə toplanmış rəy və təkliflərin, fikirlərin müzakirə olunması, tədrisin daha keyfiyyətli təşkili üçün növbəti addımları müəyyənləşdirmək məqsədi daşıyırdı. Görüşdə bir daha tələbələrə ölkəmizdə tətbiq olunan karantin rejiminə əməl etmələri tövsiyə olunub.
Tələbələr onlayn təhsil sisteminin təkmilləşdirilməsi ilə bağlı arzu və təkliflərini irəli sürüblər.

Tehsil-press.az


Oxşar xəbərlər