Bakı Ali Neft Məktəbi onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb

Bakı Ali Neft Məktəbi onlayn imtahanlarda plagiatçılığa qarşı Şərəf Kodeksi hazırlayıb Bakı Ali Neft Məktəbi (BANM) distant təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn imtahanlar təşkil edir.
Onlayn imtahanların obyektivliyini təmin etmək, tələbələrin məsuliyyətini artırmaq və plagiatçılığın qarşısını almaq üçün Şərəf Kodeksi hazırlanıb. Tədrisdəki dürüstlük prinsipi rəhbər tutularaq, Kodeksə zəruri bəndlər əlavə edilib. Ali məktəbin hər bir tələbəsi Kodeksin müvafiq bəndlərinə ciddi riayət etməlidir. Şərəf Kodeksinin bəndləri pozulduğu təqdirdə tələbənin imtahan nəticəsi ləğv ediləcək və nəticədə həmin fənn üzrə akademik borc yaranacaq.
Bunun üçün də tələbələr LMS (Learning Management System - Öyrənmənin İdarəolunması Sistemi) hesabına giriş üçün tələb olunan məlumatı (ad və şifrə), həmçinin, tapşırıq (kviz və ya yekun imtahan) suallarını üçüncü tərəflərlə bölüşməməlidirlər. Bundan başqa, tələbələr bir-birlərinin nəticələrinə zərər yetirə biləcək fəaliyyət, eləcə də açıq və inşa tipli suallarda plagiatla məşğul olmamalıdırlar.
Qeyd edək ki, koronavirus (COVID-19) pandemiyası ilə mübarizə çərçivəsində Bakı Ali Neft Məktəbi distant təhsil həyata keçirir.

Tehsil-press.az

Oxşar xəbərlər