ADNSU-nun tələbəsi Qazaxıstanda “Yay məktəbi”ndə

ADNSU-nun tələbəsi Qazaxıstanda “Yay məktəbi”ndə Dünyanın ən böyük neft yataqlarına xidmət şirkəti olan “Schlumberger” Azərbaycanda və Qazaxıstanda “Yay məktəbi”ndə iştirak etmək üçün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) üçüncü kurs tələbələri arasında xüsusi imtahan keçirib.
Bu ali məktəbin neft və qaz mühəndisliyi ixtisası üzrə təhsil alan Elmar Bəydiyev “Schlumberger” şirkətinin Qazaxıstanda keçirilən “Yay məktəbi”ndə iştirak imkanı qazanıb.
“Yay məktəbi” karyeralarını neft və sənaye sahəsində qurmağı planlaşdıran tələbələri “Schlumberger” şirkəti ilə tanış etmək üçün hazırlanmış birhəftəlik intensiv proqramdır. Bir həftə ərzində tələbələr şirkət tərəfindən təmin olunan məkanda yaşayıb, bir sıra seminarlar vasitəsilə “Schlumberger” haqqında məlumatlar öyrənmək imkanı əldə edirlər.

Mətbuat Xidməti


Oxşar xəbərlər