Esse müsabiqəsi: Azərbaycan naminə

Esse müsabiqəsi: Azərbaycan naminə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi tələbələr arasında “Azərbaycan naminə” adlı esse yazı müsabiqəsi elan edir.
Müsabiqədə Bakı Dövlət Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Ali Neft Məktəbi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Azərbaycan İlahiyyat İnstitutunun tələbələri iştirak edə bilərlər.
Esse müsabiqəsinə təqdim olunan yazılar “Vətənpərvərlik və şəhidlik zirvəsi”, “Azərbaycançılıq məfkurəsi”, “Mənəvi dəyərlərimiz” mövzularını əhatə etməlidir. Müsabiqədə iştirak etmək istəyən tələbələr martın 10-dək esseləri [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Müsabiqədə qaliblər 1-ci yer 800 manat (1 nəfər), 2-ci yer 600 manat (2 nəfər), 3-cü yer 400 manat (3 nəfər), həvəsləndirici yer 150 manat (5 nəfər) olmaqla mükafatlandırılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər