Yoluxanların sayı 3 milyona yaxınlaşır - Video

Yoluxanların sayı 3 milyona yaxınlaşır - Video Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 995 244 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 881 mini, ölənlərin sayı isə 200 mini keçib.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayından təqribən 3 dəfə çoxdur.
Belə ki, ölkədə 485 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Həmin şəxslərdən 18 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. İndiyə kimi 21 nəfər virus səbəbindən həyatını itirib, 1139 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 813 min aktiv xəstə var. İspaniya koronavirusa yoluxma sayına görə İtaliya və Çini xeyli qabaqlayıb. Ölkədə yoluxma halı 226 mini keçib. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 26 mindən çoxdur.
Qonşu Türkiyədə yoluxma sayı artıq 110 mini keçib. İranda koronavirusdan sağalanların sayı hər ötən gün daha da artır. Ölkədə 70 minə yaxın xəstə sağalıb. Virusun eyni zamanda yayıldığı digər Avropa ölkələri ilə müqayisədə Almaniyada hazırda xeyli az, 37 min aktiv xəstə var.
Sözügedən videoçarxı təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər