Koronavirusdan sağalanların sayı artır - Video

Koronavirusdan sağalanların sayı artır - Video Ümumdünya Səhiyyə Təşkilatının statistikasına əsasən, dünyanın 210 ölkəsində 2 482 577 nəfər koronavirusa yoluxub. Onlardan sağalanların sayı 652 mini keçsə də, ölənlərin sayı 171 minə yaxınlaşır.
Azərbaycana nəzər saldıqda görürük ki, virusdan sağalanların sayı aktiv xəstə sayını ötüb. Belə ki, ölkədə 626 aktiv koronavirus xəstəsi var və onlar xüsusi rejimli xəstəxanalara yerləşdirilib. Xəstələrdən 16-nın vəziyyəti ağır, 23-nün orta ağır, digərlərinin isə stabildir. İndiyə kimi 19 nəfər virus səbəbindən həyatını itirib, 791 nəfər sağalaraq evinə geri dönüb.
ABŞ virusun yayılma sürətinə görə birinci yerdədir. Ölkədə 678 min aktiv xəstə var. Artıq İspaniya da koronavirusa yoluxma sayına görə İtaliya və Çini qabaqlayıb. Ölkədə yoluxma halı 200 mini keçib. İtaliyada isə xəstəliyə görə ölənlərin sayı 25 minə yaxınlaşır.
Qonşu Türkiyədə yoluxma sayı artıq 90 mindir. İranda koronavirusdan sağalanların sayı aktiv xəstə sayından xeyli çoxdur. Ölkədə 59 min sağalmış, 19 min aktiv xəstə var.
Tehsil-press.az qlobal pandemiya adlandırılan koronavirusun hazırda dünyada və ölkəmizdə yayılma sürəti ilə bağlı video hazırlayıb.
Sözügedən videoçarxı təqdim edirik:



Tehsil-press.az

Oxşar xəbərlər