“Səndən yoxdur!” - Dünya səyahətçisi Azərbaycandan heyrətə gəldi + Video

“Səndən yoxdur!” - Dünya səyahətçisi Azərbaycandan heyrətə gəldi + Video Şotlandiyalı səyahətçi və bloqqer Ross Cenninqs bir müddət əvvəl Azərbaycanda olub. Bu barədə o, İnstaqram hesabında məlumat verib.
Azərbaycanın paytaxtına, həmçinin Xınalıq kəndinə o, koronavirus pandemiyası səbəbindən ölkə sərhədlərinin bağlanmasından əvvəl səfər edib. O, səfəri barədə IGTV-də yerləşdirdiyi süjetdə ətraflı məlumat verib.
R.Cenninqs süjetində Azərbaycan haqqında maraqlı faktlar danışır, ölkənin mədəniyyəti və tarixi barədə məlumat verir, Heydər Əliyev Mərkəzinin qarşısında tuluq zurnasında ifa edir və çarxı “Azerbaijan, səndən yoxdur!” deyərək sonlayır.



Qeyd edək ki, R.Cenninqs 2014-cü ildən dünyaya səyahət edir və özünü "ilk zurnaçı" adlandırır. Onun məqsədi bütün dünya ölkələrini gəzməklə görməli yerlərin fonunda tuluq zurnasında ifa edərək kelt musiqi mədəniyyətini təbliğ etməkdir.

Tehsil-press.az

Oxşar xəbərlər