Koronavirusa görə bəzi məhbuslar azad olundu

Koronavirusa görə bəzi məhbuslar azad olundu Ədliyyə Nazirliyinin Penitensiar müəssisələrində saxlanılan bir qrup məhbus vaxtından əvvəl azadlığa buraxılıb.
Bu barədə Tehsil-press.az-a İnsan Hüquqları üzrə Birgə İşçi Qrupun üzvü, hüquq müdafiəçisi Səadət Bənənyarlı məlumat verib. O bildirib ki, bir müddət əvvəl koronavirus pandemiyasının yayılmasına görə ölkə rəhbərliyinə dustaqların azad edilməsiylə bağlı müraciət ediblər:
"Artıq prosesə start verilib. Təxminən 200-ə yaxın məhbus vaxtından əvvəl azad olunub. Bu proses hələ davam edəcək. Yəqin ki, bu kateqoriyaya düşən digər məhbuslar da vaxtından əvvəl azad olunacaq".

Tehsil-press.az

Oxşar xəbərlər