İki minə yaxın şagird üçün modul tipli məktəb quraşdırılacaq

İki minə yaxın şagird üçün modul tipli məktəb quraşdırılacaq Respublika ərazisində 1992 şagird üçün modul tipli məktəb quraşdırılacaq.
Bu, “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2020-ci il 6 may tarixli Sərəncamına əsasən həyata keçiriləcək.
Sərəncama əsasən Respublikanın 18 rayonu üzrə ümumilikdə 34 modul tipli məktəb quraşdırılacaq. Təhsil müəssisələrinin quraşdırılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Tehsil-press.az

Oxşar xəbərlər