Yevlaxın Ərəbbəsrə kəndində modul tipli məktəb

Yevlaxın Ərəbbəsrə kəndində modul tipli məktəb Yevlax rayonunun Ərəbbəsrə kəndində 96 şagird yerlik modul tipli məktəb yaxın vaxtlarda müəllim və şagirdlərin istifadəsinə veriləcək. Hazırda məktəb binasında abadlıq və hasarın çəkilməsi işləri aparılır.
Modul məktəb binasında sinif otaqları, müəllimlər otağı, kitabxana və sanitar qovşaq var; burada istilik sistemi, qaz və su xətləri çəkilib, həyətinə asfalt örtük döşənib.
Xatırladaq ki, son illər ölkədə ənənəvi məktəb binalarının inşası ilə yanaşı, modul tipli məktəblər də istifadəyə verilir. Belə məktəblərin hazırlanması qısa vaxtda başa gəlir, tikintisində əsasən yerli istehsal məhsullarından istifadə edilir.

Tehsil-press.az

Oxşar xəbərlər