Peşə təhsilində avtomobil sahəsi üzrə bazarın tələbatı, iş və təhsil imkanları müzakirə olunacaq

Peşə təhsilində avtomobil sahəsi üzrə bazarın tələbatı, iş və təhsil imkanları müzakirə olunacaq Vebinar peşə seçimi mərhələsində olan gənclərin maarifləndirilməsi məqsədilə keçiriləcək. Onlayn tədbirdə agentliyin Peşəyönümü və işəgötürənlərlə əməkdaşlıq şöbəsinin müdiri Zamin Bədirxanov, “Mitsubishi” avtomobil mərkəzinin servis rəhbəri Şahin Şahverdiyev, “Mercedes-benz” Abşeron avtomobil mərkəzinin servis şöbəsinin rəisi Toğrul Salmanov, “Toyota” Abşeron mərkəzinin servis rəhbəri Tofiq Abdullayev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov avtomobil sahəsi üzrə hazırkı bazarın tələbatı, iş və təhsil imkanları barədə onlayn müzakirələr aparacaq, izləyicilərin suallarını cavablandıracaqlar.
Vebinar Peşə Təhsili üzrə Dövlət Agentliyinin “Facebook” və “YouTube” səhifələrində yayımlanacaq.

Tehsil-press.az

Oxşar xəbərlər