Dağıntı altında qalan 7 şaxtaçının cəsədi tapılıb

Dağıntı altında qalan 7 şaxtaçının cəsədi tapılıb Çinin Şensi vilayətində kömür mədənində baş vermiş partlayış nəticəsində dağıntı altında qalan 7 şaxtaçının hamısı ölüb.
Hançen şəhəri ərazisindəki kömür mədənlərinin birində baş vermiş partlayış nəticəsində dağıntı altında qalan şaxtaçıların axtarış işləri iyunun 15-də başa çatıb. Xilasedicilər yerin altında təxminən 70 metr məsafəni dağıntıdan təmizləyiblər. Bütün səylərə baxmayaraq şaxtaçıları xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, iyunun 10-da günorta saatlarında özəl şirkətə məxsus mədəndə güclü partlayış baş verib. Hadisə baş verəndə mədəndə təhlükəli qaz konsentrasiyası 90 faiz həddində olub. Halbuki yol verilən ən yuxarı hədd bir faizdir. Xilasedicilərin təhlükəsiz fəaliyyəti üçün əvvəlcə mədəndə bir neçə saat havalandırma işləri aparılıb. Bundan başqa, tunelin girişində kömür tozunun və mədəndəki suyun təmizlənməsinə xeyli vaxt sərf olunub.

Tehsil-press.az

Oxşar xəbərlər