Rusiya vətəndaşları Belarus üzərindən xaricə səyahət edir

Rusiya vətəndaşları Belarus üzərindən xaricə səyahət edir Rusiya Xarici İşlər naziri Sergey Lavrov Rusiya vətəndaşlarının Belarus üzərindən xarici ölkələrə səyahət etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Lavrov “Russia Today” informasiya agentliyinin jurnalisti Anton Krasovski ilə müsahibəsində əvvəlcə qeyd edib ki, pandemiyanın üç ayında özü də Belarus və Serbiyaya səfər edib, baxmayaraq ki, hər iki səfər öncədən mart ayına planlaşdırılıb.
Bundan sonra Krasovski turistlərin “Belavia” hava yolları şirkəti vasitəsilə Belarusdan keçərək Türkiyəyə səyahət etməsindən Lavrovun xəbərinin olub-olmadığını soruşub.
“İnsanların bu imkandan istifadə etmələrini qadağan edə bilmərik. Əlbəttə ki, bu qərarları verərkən ehtiyatlı və sağlam düşüncəli olmaq lazımdır”,- deyə o, cavabında qeyd edib.
Daha əvvəl eyni müsahibədə Sergey Lavrov pandemiya fonunda bağlanmış sərhədlərin açılma vaxtı ilə bağlı suala cavab verə bilməyəcəyini bildirmişdi. Onun sözlərinə görə, Xarici İşlər Nazirliyi Rusiya hökumətinə xarici ölkələrdəki koronavirusla bağlı vəziyyət barədə mütəmadi məlumat verir.

Tehsil-press.az

Oxşar xəbərlər