İlham Əliyev Sergey Lavrovla görüşdü

İlham Əliyev Sergey Lavrovla görüşdü Rusiyalı nazirinin Azərbaycana səfəri başlayıb.

“Biz Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində səylərini yüksək dəyərləndiririk. Bu istiqamətdə hazırda ən aktiv dinamika müşahidə olunur".
Tehsil-press.az-ın "Ria Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı bildirib. İlham Əliyevin sözlərinə görə, Lavrovun bu səfəri Rusiyanın münaqişənin tənzimlənməsində maraqlı olduğun göstərir: “Biz də münaqişənin tezliklə həllində maraqlıyıq”.

19:02 / Rusiya XİN rəhbəri Bakıdadır
Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri başlayıb.
ANS PRESS-in məlumatına görə, səfər zamanı ikitərəfli münasibətlər və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr aparılacaq.
Lavrovun Bakıya daha əvvəl səfəri gözlənilirdi. İyulun 4-də Ermənistanda səfərdə olan Lavrov burada erməni həmkarı Edvard Nalbandyan və prezident Serj Sarkisyanla Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr apardı.
Rusiya səfiri Sergey Lavrovun Azərbaycana səfərinin detallarını açıqladı
İrəvandan sonra Lavrov Azərbaycana gəlməli idi. Bu barədə açıqlamalar da verilmişdi. Lakin Rusiya xarici siyasətinin rəhbəri anidən Bakıya yox, Moskvaya getdi. Müəmmalı qərar mətbuatda müzakirələr səbəb oldu.
Lavrovum səfərindən bir gün əvvəl isə iyunun 10-da Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda bəyan etdi ki, Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.


Tehsil-press.az

Oxşar xəbərlər