Yeni reytinq universitetlərin tədqiqatçılıq fəaliyyətinin güclənməsini üzə çıxarıb
Pandemiya böhranının bütün dünyada ali məktəblərin normal akademik və elmi fəaliyyətini pozmasına baxmayaraq bir sıra universitetlər hazırkı ağır dövrdə də qlobal reytinqlərdə öz mövqelərini yaxşılaşdıra biliblər. Yaxşılaşdırma isə pandemiyanın qarşısının alınması istiqamətində universitetlərin elmi tədqiqatlara daha artıq fokuslanması və bu sahədə töhfə verməsi səyləri ilə bağlıdır. Beləliklə də pandemiya dövrünün ilk qlobal reytinqindən də görünür ki, universitetlərin tədqiqatçılıq fəaliyyəti onlara akademik mühitdə və işəgötürənlər arasında daha üstünlük qazandırıb.
Bu ilin ilk “QS World University Rankings 2021” reytinqi dünyanın 80-dən artıq ölkəsindən ən yaxşı 1000 ali təhsil müəssisəsini əhatə edir. Reytinqdə yer alan ali məktəblərin sayına görə ABŞ üstünlüyə malikdir. Ötənilki reytinqdə 158 universitetlə təmsil olunan ABŞ bu dəfə sıralamada 151 universitetlə yer alıb. Daha sonra Böyük Britaniya 84, Çin 51, Almaniya 45 (ötən il 46), Yaponiya yenidən 41 universitetlə təmsil olunur. Reytinqə Rusiyanın 28 (ötən il 25) ali məktəbi daxil olub.
Bu ilin ən yaxşı 1000 universiteti sırasına 47 yeni ali məktəb ilk dəfə daxil olub. Bütövlükdə isə yeni reytinq 5500-dən çox universiteti qiymətləndirib. Massaçusets Texnologiya İnstitutu (MIT) rekord seriyasını davam etdirib, ali məktəb 9 ildir ki, ardıcıl olaraq sıralamaya başçılıq edir. İlk 10-luqda aşağıdakı universitetlər yer alıb: 1.Massachusetts Institute of Technology (MIT), 2.Stanford University, 3.Harvard University, 4.California Institute of Technology (Caltech), 5.University of Oxford, 6.ETH Zurich - Swiss Federal Institute of Technology, 7.University of Cambridge, 8.Imperial College London, 9.University of Chicago, 10.UCL.
Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universiteti bu il sıralamada ötənillə müqayisədə 8 sıra yüksəlib və 74-cü yerdə qərarlaşıb. MDU-nun rektoru, akademik V.A.Sadovniçi ölkənin aparıcı ali təhsil müəssisəsinin inkişafı ilə bağlı səylərinin yüksək qiymətləndirilməsi münasibətilə universitetin əməkdaşları və tələbələrini təbrik edib. O, QS-in yeni tədqiqatının nəticələrini şərh edərək qeyd edib ki, MDU növbəti dəfə aparıcı beynəlxalq reytinqdə mövqeyini yaxşılaşdırıb və Rusiyanı qlobal elmi-təhsil məkanında layiqincə təmsil edir. Rektor ali məktəbin akademik nüfuzunun möhkəmləndirilməsini xüsusi vurğulayıb və bunu MDU əməkdaşlarının həyata keçirdikləri elmi tədqiqatların ən yüksək səviyyəsi ilə əlaqələndirib.
Bu il reytinqlər bütün dünya üçün çətin bir vaxtda tərtib olunur, COVID-19 həm universitetlərə, həm də tələbələrə təsir göstərir. Bununla belə, ekspertlər qeyd edirlər ki, COVID-19 pandemiyası ilə əlaqədar universitetlərin üzləşdikləri dəyişikliklər izsiz keçməyəcək, ali məktəblərin təşkilati və texniki inkişafına təkan verəcək.
QS universitetlərin səmərəliliyinin qiymətləndirilməsi üçün altı meyardan istifadə edib: akademik mühitdə reputasiya (40%), müəllim-tələbə nisbəti (20%), işəgötürənlər arasında nüfuz (10%), sitat gətirmə indeksi (20%), əcnəbi müəllimlərin və əcnəbi tələbələrin sayı (5%). Meyarlar üzrə qiymətləndirmələr çoxlu sayda məlumatların təhlili əsasında əldə edilib: reytinq tərtibçiləri 13 milyondan çox elmi nəşri təhlil ediblər, 93 milyondan artıq sitatı nəzərə alıb, 240 mindən çox işəgötürən və 1,5 milyon akademik icma nümayəndəsini sorğulayıblar.
Reytinqlə daha ətraflı www.topuniversities.com/ university-rankings/world-university-rankings/2021 səhifəsindən tanış olmaq olar.
Tehsil-press.az