Amerikanın ən yaxşı universitetləri

Amerikanın ən yaxşı universitetləri QS ilk dəfə olaraq ABŞ ali təhsil müəssisələrinin reytinqini tərtib edib
Böyük Britaniyanın təhsil xidmətləri sahəsində ixtisaslaşmış "QS World University Rankings" jurnalı növbəti tədqiqatını ilk dəfə olaraq ABŞ ali təhsil müəssisələrinin reytinqinə həsr edib. Amerika universitetləri digər qlobal reytinqlərdə yer alsalar da, bu reytinq ali məktəblərin qiymətləndirilməsinin tamamilə yeni metodologiyasına əsaslanır.
Qiymətləndirmə yalnız onların tədqiqat nəticələrinə və əməkdaşlarının əmək haqlarının artmına uyğun olaraq deyil, həm də ali təhsil müəssisələrinin ölkədə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün nümayiş etdirdikləri sosial təsirləri və dəstəyi nəzərə alır. QS hesab edir ki, tədqiqatın nəticələri təkcə amerikalı tələbələr üçün deyil, həm də əcnəbilər üçün faydalı olacaq. Əcnəbi tələbələr üçün reytinqdə yer almış hər bir universitetdə beynəlmiləlləşmənin səviyyəsi və müxtəlifliyinin necə qiymətləndirilməsini görmək xüsusilə maraqlıdır.
Tədqiqatın nəticələrinə əsasən, Harvard Universiteti, demək olar ki, 300-ə yaxın digər Amerika universitetini qabaqlayaraq QS-in yeni reytinqində lider mövqeyə sahib olub. Tədqiqat və məşğulluq imkanları nöqteyi- nəzərindən də Harvard Universiteti daha üstün göstəricilərə malikdir. Reytinqdə ABŞ-ın 48 ştatında yerləşən ali təhsil müəssisələri yer alıb. Bu isə o deməkdir ki, hər bir ştatdan olan yerli tələbələr reytinq cədvəlinə baxaraq öz ehtiyaclarına uyğun ideal universiteti seçə bilərlər.
Reytinqlə daha ətraflı www.topuniversities.com/university-rankings/usa-rankings/2020 səhifəsindən tanış olmaq olar.

Tehsil-press.az

Oxşar xəbərlər