Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn “MAGNUS yay məktəbi” təşkil olunacaq

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində onlayn “MAGNUS yay məktəbi” təşkil olunacaq İyulun 20-dən 24-dək Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+KA2 proqramının “MAGNUS – Partnyor universitetlərdə mobil tətbiqlər və kompüter oyunları üzrə magistr tədris proqramlarının yaradılması” layihəsi çərçivəsində onlayn “MAGNUS yay məktəbi” keçirəcək.
Onlayn yay məktəbində iştirak etmək istəyən universitetin bakalavr tələbələri CV və motivasiya məktublarını iyulun 15-dək [email protected][email protected] elektron adreslərinə göndərməlidirlər.
Yalnız proqramın tələblərinə cavab verən tələbələrlə əlaqə saxlanılacaq.

Tehsil-press.az

Oxşar xəbərlər