Misir Prezidenti COVID-19 pandemiyası ilə bağlı müşavirə keçirib

Misir Prezidenti COVID-19 pandemiyası ilə bağlı müşavirə keçirib Misir Prezidenti Əbdülfəttah əl-Sisi COVID-19-a qarşı mübarizə tədbirlərinin gücləndirilməsi ilə bağlı geniş müşavirə keçirib.
Əbdülfəttah əl-Sisi Baş Nazir Mustafa Mədbuli və nazirlərə pandemiya şəraitində ölkənin tibbi ləvazimat və ərzaq təminatını artırmaq, karantin xəstəxanalarına nəzarəti gücləndirmək, iqtisadi tənəzzülün qarşısını almaq barədə tapşırıqlar verib. O qeyd edib ki, yoluxma hallarının azaldılması məqsədilə hökumətin müəyyən etdiyi qaydalara ciddi əməl olunmalıdır.
Misirin Səhiyyə naziri Halə Zayid məlumat verib ki, bu günədək ölkədə COVID-19-a 89 minə yaxın insan yoluxub, 4 mindən çox pasiyent isə vəfat edib. Eyni zamanda, 26 mindən çox koronavirus xəstəsi sağalaraq evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər