Misir ordusu Şimali Sinayda 18 terrorçunu məhv edib

Misir ordusu Şimali Sinayda 18 terrorçunu məhv edib Misir ordusunun Sinay yarımadasının şimalında keçirdiyi hərbi əməliyyatlar zamanı 18 terrorçunun məhv edildiyi bildirilir.
Bir əl-Əbd şəhərinin yaxınlığında baş vermiş atışmada Misir Silahlı Qüvvələrinin iki zabiti həlak olub, dörd hərbçi də yaralanıb.
Misir ordusunun yaydığı məlumatda bildirilir ki, terrorçuların yaşayış məntəqələrinə hücum planı barədə məlumat alan Silahlı Qüvvələr onlara qarşı genişmiqyaslı əməliyyat həyata keçiriblər. Şəhər yaxınlığındakı terror düşərgəsi dağıdılıb. Lakin üzərində partlayıcı qurğuların yerləşdirildiyi kəmər olan bir terrorçu onu partlada bilib.
Ordunun terror düşərgələrinin dağıdılması və onların marşrutlarının kəsilməsi üzrə əməliyyatları davam edir.

Tehsil-press.az

Oxşar xəbərlər