AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə onlayn görüş

AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə onlayn görüş AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə aid elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə növbəti onlayn görüş keçirilib.
Görüş zamanı bölmələrin elmi müəssisələri tərəfindən son aylar ərzində beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş nəticələr müzakirə edilib.
Tədbirdə, həmçinin Azərbaycanın zəngin ədəbi və mədəni irsinin, tarixi həqiqətlər üzrə elmi nailiyyətlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədilə AMEA alimləri tərəfindən müxtəlif dillərdə müvafiq elm sahələri üzrə dərc edilmiş nəşrlər ətrafında fikir mübadiləsi aparılıb.
Elmi müəssisələrin mütəxəssisləri bu istiqamətdə əsaslı və əhəmiyyətli təkliflər irəli sürüb, o cümlədən gələcək fəaliyyət planlarını müzakirə ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər