Tramp prezident seçkilərinin təxirə salınmasını istəmir

Tramp prezident seçkilərinin təxirə salınmasını istəmir ABŞ prezidenti Donald Tramp noyabr ayında ölkədə keçiriləcək prezident seçkilərinin təxirə salınmasını istəmir.
Bunu ABŞ prezidenti Ağ Evdə jurnalistlər üçün keçirilən brifinq zamanı deyib.
D.Tramp bildirib: "Mən hiss edirəm ki, (seçkilərin - red.) təxirə salınmasını istəmirəm. Mən istəyirəm ki, seçkilər (noyabrda - red.) olsun, lakin eyni zamanda mən 3 ay gözləyəndən sonra bütün bülletenlərin itdiyini və seçkilərin heç bir məna daşımadığını öyrənmək istəmirəm".
Bundan əlavə ABŞ prezidenti noyabr ayında ölkədə keçiriləcək seçkilərin təxirə salınmasının mümkünlüyü ilə bağlı "Twitter"dəki paylaşımını poçt vasitəsilə səsvermənin mənfi cəhədlərini izah etmək üçün etdiyini bildirib.
Onun sözlərinə görə, poçt vasitəsilə səsvermənin nəticələri bir həftə və ya bir ay və ya bir ildən sonra məlum ola bilər, bu isə qəbuledilməzdir.

Tehsil-press.az

Oxşar xəbərlər