Azərbaycan Turizm və Menecment Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir

Azərbaycan Turizm və Menecment Universiteti akademik heyətin işə qəbul müsabiqəsini elan edir Azərbaycan Turizm və Menecment Universiteti 2020-2021-ci tədris ili üçün Turizm və qonaqpərvərlik fakültəsinin müvafiq ixtisasları üzrə müxtəlif fənlərin tədrisini aparmaq məqsədilə akademik heyətin işə qəbul müsabiqəsini elan edir.
Müsabiqə üç mərhələdən - sənədlərin qəbulu, müsahibə və sınaq dərslərinin keçirilməsindən ibarət olacaq.
Namizədlərə aid tələblər:
- Fənn blokuna uyğun elmi dərəcəsi (magistr, fəlsəfə və elmlər doktoru);
- Müasir tədris standartlarına uyğun sillabus və fənn materiallarını hazırlama bacarıqları;
-Tələbəyönümlü tədris metodikası;
- Kompüter biliyi: Ofis proqramlarında (xüsusilə, Microsoft Word, Excel və Power Point) sərbəst işləmək bacarığı.
Tələb olunan sənədlər:
- Doldurulmuş müraciət və sillabus formaları;
- Şəxsiyyət vəsiqəsinin elektron surəti;
- Diplom(lar) və ona əlavə(lər)in elektron surətləri (xaricdə təhsil alanlar isə diplomla yanaşı həmin sənədin tanınmasına dair şəhadətnamənin elektron surətini təqdim etməlidirlər).
Namizədlərdən tələb olunan sənədləri [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Müraciətlərin göndərilməsi üçün son tarix 2020-ci il avqustun 20-dir.
Namizədlərin hər hansı sualı yaranarsa (+99412) 564 42 33 (daxili nömrə 115) telefon nömrəsi və ya [email protected] vasitəsilə əlaqə saxlaya bilərlər.
Qeyd: Namizədin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə sənədlərə baxılmayacaq.
Ətraflı məlumatla universitetin rəsmi “Facebook” və “Instagram” səhifələrində tanış olmaq mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər