Azərbaycan Turizm və Menecment Universitetində yaz semestrinin imtahanları yekunlaşıb

Azərbaycan Turizm və Menecment Universitetində yaz semestrinin imtahanları yekunlaşıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
İxtisasların tədris planlarına uyğun olaraq turizm və qonaqpərvərlik, biznes idarəçiliyi, sosial menecment fakültələrində bakalavr və magistratura səviyyələri üzrə imtahanlar keçirilib.
Ümumilikdə üç fakültədə bakalavr səviyyəsi üzrə 288 yazılı, 38 yazılı, şifahi, 44 təqdimat, 8 test, 9 şifahi, magistratura səviyyəsi üzrə isə 112 yazılı, 49 təqdimat formasında imtahanlar təşkil olunub. ATMU-da bakalavriatura üzrə 371, magistratura səviyyəsi üzrə isə 115 tələbə yekun dövlət attestasiyasını və dissertasiya işlərini uğurla tamamlayaraq məzun olub.
Fakültələr üzrə avqust ayında keçiriləcək icmal mühazirələrdə və qiymətləndirmədə iştirak üçün 337 tələbə ərizə ilə müraciət edib.

Tehsil-press.az

Oxşar xəbərlər