Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsində imtahanlar yekunlaşıb

Turizm və Menecment Universitetinin Biznes idarəçiliyi fakültəsində imtahanlar yekunlaşıb Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başa çatıb.
Biznes idarəçiliyi fakültəsində bakalavr və magistratura səviyyələrində 185 imtahan keçirilib. İmtahanların 26-sı təqdimat formasında, digərləri isə yazılı şəkildə mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq onlayn keçirilib.
2019-2020-ci tədris ilinin yaz imtahan sessiyasında bakalavriatura pilləsində əyani şöbə üzrə I, II və III kurslarda ümumilikdə 49 adda 123 fənn tədris olunub. Həmçinin magistratura səviyyəsi üzrə birinci kurslarda 31 fənn tədris olunub.
Qeyd edək ki, ATMU-da ixtisasların tədris planlarına uyğun olaraq turizm və qonaqpərvərlik, biznes idarəçiliyi, sosial menecment fakültələrində bakalavr və magistratura səviyyələri üzrə imtahanlar keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər