Partlayışdan sonra Livanda ilk nazir istefası

Partlayışdan sonra Livanda ilk nazir istefası Livanın İnformasiya naziri Manal Abdel Səməd istefa verib.
“Beyrutda baş vermiş dəhşətli fəlakətdən sonra mən istefa verirəm və sevimli vətənimə öz rifahını mümkün qədər tez bərpa etməyi arzulayıram", - telekanal Abdel Səmədin sözlərini sitat gətirir. Nazir öz postunda livanlıların gözləntilərini doğrulda bilmədiyi üçün onlardan üzr istəyib.
Telekanalın vurğuladığı kimi, Manal Abdel Səməd Beyrutdakı partlayışdan sonra postunu tərk edən Nazirlər Kabinetinin ilk üzvü olub.

Tehsil-press.az

Oxşar xəbərlər