ADU-nun əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb

ADU-nun əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti uzadılıb Azərbaycan Dillər Universiteti (ADU) 2020/2021-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsili üzrə tələbə qəbulu elan edir.
Qəbul ali təhsil ocağında mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə aparılır. Əlavə təhsil və təcrübə fakültəsinə tələbə qəbulunun müddəti avqustun 17-dək uzadılıb.
Sənədlər (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul edilir. Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.
Ünvan: ADU-nun 3 saylı tədris binası, Bakı şəhər, Nərimanov rayon, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308.

Tehsil-press.az

Oxşar xəbərlər