Latviyada yeni dərs ilinin başlanması ilə bağlı tədbirlər epidemioloji qaydalarına riayət etməklə keçiriləcək

Latviyada yeni dərs ilinin başlanması ilə bağlı tədbirlər epidemioloji qaydalarına riayət etməklə keçiriləcək Latviyanın paytaxtı Riqada hər bir məktəb yeni tədris ilinin başlanmasını epidemioloji qaydalara riayət etmək şərti ilə özünəməxsus şəkildə qeyd edə biləcək.
Bu barədə Riqa Dumasının Təhsil, Mədəniyyət və İdman Departamentin məlumat yayıb.
Məlumatda bildirilir ki, Latviyada həm şagirdlərin sayına, həm də ərazisinin sahəsinə görə bir-birindən fərqlənən məktəblər mövcuddur. Bəzi məktəblərdə bir neçə sinif, bəzi məktəblərdə isə yalnız iki sinif paralel təhsil alır. Buna görə də hər məktəbdə şagird sayına uyğun olaraq sanitar-epidemioloji qaydalara riayət edilməsinə ciddi nəzarət etmək lazımdır
Departament tədris prosesinin təşkilinin seçilmiş modelləri barədə məlumatı avqustun 24-də keçiriləcək mətbuat konfransında təqdim edəcək.

Tehsil-press.az

Oxşar xəbərlər