UNEC-də kommunikasiya mühəndisliyi ixtisasına qəbul aparılır

UNEC-də kommunikasiya mühəndisliyi ixtisasına qəbul aparılır Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) I qrup üzrə kommunikasiya mühəndisliyi ixtisasına qəbul həyata keçirilir.
Kommunikasiya sistemləri mühəndisliyi ixtisası ən müasir və perspektivli informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulub.
Kommunikasiya sistemləri mühəndisliyi ixtisasını bitirmiş məzunlar dövlət tənzimləmə və idarəetmə orqanlarında, biznes strukturlarında, informasiya texnologiyaları şirkətlərində, telekommunikasiya və internet texnologiyaları sahəsində çalışa bilərlər.
Beynəlxalq səviyyədə rəqabət apara bilən, cəmiyyətin problemlərinin həll yollarını yaradan, bu sahələrdə milli və beynəlxalq ictimaiyyət üçün zəruri olan məlumat və texnologiyaları istehsal edən və yayan mühəndislər sırasında özünü görmək istəyənlər UNEC-in kommunikasiya sistemləri mühəndisliyi ixtisasını seçə bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər