Türkiyədə ağır koronaviruslu xəstələrin sayı artır

Türkiyədə ağır koronaviruslu xəstələrin sayı artır Türkiyədə son sutka ərzində daha 1 482 nəfərdə koronavirus aşkarlanıb, 42 nəfər isə dünyasını dəyişib.
Bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca bildirib.
Bununla da ölkədə virusa yoluxanların sayı 268 546-ya, ölənlərin sayı isə 6 326-ya yüksəlib.
Son sutka ərzində 1 027 xəstə sağalıb. İndiyədək sağalanların sayı 243 839 nəfərdir.
Statistik göstəriciləri açıqlayan nazir bildirib ki, ölkədə ağır koronaviruslu xəstələrin sayı artmaqdadır: “Bu vəziyyət itirdiyimiz canların sayını da artırır”.

Tehsil-press.az

Oxşar xəbərlər