İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb

İnzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat başa çatıb Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən sentyabrın 10-da inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun vəzifələr üzrə keçiriləcək test imtahanına qeydiyyat bu gün başa çatıb.
İmtahan kağız daşıyıcılar vasitəsilə keçiriləcək. İmtahanda iştirak etmək üçün 1412 nəfər (BA - 382, BB - 1030) qeydiyyatdan keçib.
İmtahanın başlanma saatı və yeri barədə məlumat imtahandan 5 gün əvvəl DİM-in saytına yerləşdiriləcək "İmtahana buraxılış vərəqəsi"ndə qeyd olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər