“AzScienceNet” ilə GEANT arasında əməkdaşlıq genişlənir

“AzScienceNet” ilə GEANT arasında əməkdaşlıq genişlənir AMEA İnformasiya Texnologiyaları İnstitutunun “AzScienceNet” şəbəkəsi ilə GEANT Assosiasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir.
İnstitutda GEANT-ın “PerfSonar”, “FileSender”, “EduMeet”, “LoLa” “EduRoam”, “EduGain” və s. xidmətlərindən istifadə olunur.
“EduRoam” xidməti elm və təhsil şəbəkəsi istifadəçilərinin dünyanın müxtəlif yerlərində əlavə avtorizasiya prosesi keçmədən internetə daxil olmasına şərait yaradır. “EduGain” isə elm və təhsil şəbəkəsi istifadəçilərinin müxtəlif internet xidmətlərindən istifadə etməsi üçün yaradılmış federativ avtorizasiya sistemidir.

Tehsil-press.az

Oxşar xəbərlər