Almaniyada ana 5 uşağını öldürdü

Almaniyada ana 5 uşağını öldürdü Almaniyanın Solingen şəhərində ana 5 uşağını qətlə yetirib.
Uşaqların Düsseldorf şəhərində yaşayan nənələrinin polisə zəngindən sonra evə baxış keçirən hüquq-mühafizə orqanı əməkdaşları 1,2,3,6 və 8 yaşlı uşaqların cəsədi ilə qarşılaşıblar. Nənə qızının daha bir övladı ilə intihar etmək üçün yola çıxdığını bildirdikdən sonra polis araşdırmalara başlayıb və qadının özünü metroda qatarın altına atdığı, ancaq yaralı olaraq xilas edildiyi məlum olub. Uşaqlarını öldürən qadın polisin nəzarətinə götürülüb. Onun digər övladı isə sağ qalıb.
Hazırda hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Tehsil-press.az

Oxşar xəbərlər