UNEC-də sinxron və asinxron distant təhsil tətbiq olunacaq

UNEC-də sinxron və asinxron distant təhsil tətbiq olunacaq Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) distant təhsildə yeniliklər tətbiq olunur.
Distant təhsilin keyfiyyətli olması məqsədilə dərslərin interaktiv qurulması, sillabusların simulyasiya xarakterli hazırlanması, sxemlərdən və modellərdən daha çox istifadə olunması, sərbəst işlərin qəbulu və qiymətləndirilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görülür. Eləcə də tələbələrin distant dərslərdə daha fəal iştirakının təmin edilməsi məqsədilə motivasiyaedici üsullar tətbiq olunur. Universitetdə sinxron və asinxron distant təhsilin tətbiqi istiqamətində yeni qaydalar hazırlanır.

Tehsil-press.az

Oxşar xəbərlər