Gənc müəllimin məqaləsi fəxri fərmana layiq görülüb

Gənc müəllimin məqaləsi fəxri fərmana layiq görülüb Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (ATİAHİ) Respublika Komitəsinin gənc alimlər arasında keçirdiyi “İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Azərbaycan Texniki Universitetinin (AzTU) Nəqliyyat və logistika fakültəsinin gənc müəllimi Qəzənfər Axundovun “İntermodal daşımalarda terminal-logistik kompleksinin emal texnologiyasının təkmilləşdirilməsi” mövzusunda yazdığı məqalə fəxri fərmana layiq görülüb.
Bununla bağlı rektor Vilayət Vəliyev gənc müəllim Qəzənfər Axundovla görüşüb və təbriklərini çatdırıb.

Tehsil-press.az

Oxşar xəbərlər