Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri xüsusi təqaüdlə mükafatlandırılıb
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) semestr ərzində tələbələrin əla göstəriciləri və nümunəvi davranışlarına görə təsis etdiyi təqaüdün təqdimatı keçirilib.
Tədbirdə Memarlıq və dizayn fakültəsinin interyer üzrə dizayner ixtisasının ikinci kurs tələbəsi Aybəniz Musayeva və Dekorativ tətbiqi sənət fakültəsinin bədii keramika ixtisasının dördüncü kurs tələbəsi Sevda Zeynallı ATİAHİ tərəfindən xüsusi təqaüdlə mükafatlandırılıb.
Tehsil-press.az
- Baxış: 4104
Xəbərin tarixi: 04.06.2020 / 10:48
-
Oxşar xəbərlər