Çin musiqisi ADU tələbəsinin ifasında

Çin musiqisi ADU tələbəsinin ifasında Azərbaycan Dillər Universiteti (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Çinin ənənəvi musiqisi” onlayn layihəsi çərçivəsində musiqi nömrəsi təqdim edib.
Universitetin çinşünaslıq ixtisası üzrə təhsil alan tələbəsi Firəngiz Rüstəmova Çin ənənəvi “hulusi” fleytasında “Hərbi limanda gecə” melodiyasını səsləndirib. O, həmçinin “hulusi”nin quruluşu, səslənmənin xüsusiyyətləri və Çində populyar olan bu nəfəsli musiqi alətində oyunun etnoqrafik xüsusiyyətləri barədə məlumat verib. Konfutsi İnstitutunun direktoru Rafiq Abbasovun da qeyd etdiyi kimi, Çin milli alətlərində xalq mahnılarının ifası üzrə ustad dərsləri ADU tələbələri arasında böyük populyarlığa malikdir.

Tehsil-press.az

Oxşar xəbərlər