UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir

UNEC-də təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir Təhsil Nazirliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) tərəfindən 2020/2021-ci tədris ilində elan olunan müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.
Oktyabrın 15-dək davam edəcək sənəd qəbulu dünya iqtisadiyyatı, maliyyə, iqtisadiyyat, mühasibat uçotu və audit, statistika, menecment, dövlət və bələdiyyə idarəetməsi, informasiya texnologiyaları, sistem, biznesin idarə edilməsi, sənayenin təşkili və idarə olunması, marketinq, ekologiya, kommersiya, istehlak mallarının ekspertizası və marketinqi, qida məhsulları, dizayn, çoxişlənən malların texnologiyası, texnoloji maşın və avadanlıqlar, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisasları üzrə aparılır.
Təkrar ali təhsilə sənəd qəbulu ancaq elektron qaydada kabinet.unec.edu.az internet linki vasitəsilə həyata keçirilir. Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim edir və tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanırlar. Təkrar ali təhsil almaq hüququ qazanacaq şəxslər üçün vəziyyət nəzərə alınmaqla tədrisin distant formada təşkili istisna edilmir.
Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər.

Tehsil-press.az

Oxşar xəbərlər