Dəniz Akademiyasında müəllimlər üçün təlimlər başlayıb

Dəniz Akademiyasında müəllimlər üçün təlimlər başlayıb Azərbaycan Dövlət Dəniz Akademiyasının (ADDA) 2, 3 və 4-cü tədris ilində təhsil alan tələbələri 2020/2021-ci tədris ilinin payız semestrinə sentyabrın 15-dən etibarən distant formada başlayacaqlar.
Ötən semestrdə olduğu kimi, bu dəfə də məsafədən tədris Təhsil Nazirliyi tərəfindən tövsiyə edilən “Microsoft Teams” platforması üzərindən aparılacaq.
ADDA-nın rektoru Heydər Əsədovun imzaladığı əmrə əsasən, bu gündən etibarən 2 gün ərzində akademiyanın professor-müəllim heyəti üçün təlimlər keçirilir. Təlimin məqsədi ötən semestrdə “Microsoft Teams” platformasından istifadə zamanı müəllimlərin qarşılaşdığı problemləri müzakirə edərək onların aradan qaldırılması və yeni semestrdə təlim-tədris prosesinin məsafədən təşkili üçün bu platformanın imkanlarından daha səmərəli istifadə etməkdir.
Təlimlərin nəticələrinin qiymətləndirilməsi məqsədilə sentyabrın 14-də imtahan keçirilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər