“Forrest Qamp” kitabının müəllifi vəfat etdi

“Forrest Qamp” kitabının müəllifi vəfat etdi “Forrest Qamp” kitabının müəllifi Uinston Qrum 77 yaşında ABŞ-da vəfat edib.
Bu barədə Alabama ştatının Ferhop şəhərinin meri Kerin Uilson məlumat yayıb.
“Forrest Qamp” kitabı ekranlaşdırılması nəticəsində 1986-cı ildə müəllifin ən populyar əsərinə çevrildi. Film altı dəfə Oskar mükafatına layiq görülüb. Kitabda hadisələr əqli cəhətdən geri qalmış gəncin dilindən söylənilir.
1995-ci ildə U.Qrum kitabın davamı olaraq “Qamp və kompaniya” əsərini yazır. O, əsərin ekranlaşdırılmasına çalışsa da, baş tutmur. U.Qrum, həmçinin sənədli nəsr janrında bir neçə kitab yazıb.

Tehsil-press.az

Oxşar xəbərlər