Keçmiş Baş nazir vəfat etdi - 7 günlük matəm elan olundu
Hindistanın sabiq Baş naziri Atal Bixari Vadjpai 93 yaşında vəfat edib. Vəfatla əlaqədar olaraq 22 avqusta qədər 1 həftəlik matəm elan edilib. Məlumat üçün bildirək ki, Vadypai 1996 və 1998-2004-cü illərdə Hindistan hökumətinə rəhbərlik edib. O, bir neçə şeirlər toplusunun və kitabının müəllifidir.