
Görüşdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti arasında mühəndislik ixtisas istiqaməti üzrə beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində müzakirələr aparılıb. Bu məqsədlə iki universitet arasında imzalanmış anlaşma memorandumu yüksək qiymətləndirilib.
Görüşdə Koreya Respublikasının Azərbaycandakı səfiri Kim Tonq Op iştirak edib.
Tehsil-press.az